ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edib

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi tviterdə məlumat yayıb.

“ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanında ehtiramını bildirib. Münaqişə nəticəsində yaxınlarını itirən ailələrə və yaxınlara başsağlığı veririk”, – o qeyd edib.

ƏvvəlkiNeftçalada şəhid Rəfail Fətullayev dəfn edilib
NövbətiŞəhid Emin Fərzəliyev Ağcabədidə dəfn olundu