Şəhid Emin Fərzəliyev Ağcabədidə dəfn olundu

Şəhid Fərzəliyev Emin Elnur oğlu Ağcabədidə dəfn olunub.

Trend-in yerli bürosu xəbər verir ki, Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Ağcabədi rayon sakini,1998 -ci il təvəllüdlü Əsgər Fərzəliyev Emin Elnur oğlu Ağcabədi rayon şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatının qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

ƏvvəlkiABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Şəhidlər xiyabanını ziyarət edib
NövbətiHeydər Əliyev Mərkəzində keçiriləcək mədəni-kütləvi tədbirlər təxirə salınıb