Şəhid Səid Həsənov dəfn olunub

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Səid Sarıbala oğlu Həsənov dəfn edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunun Əsədli kənd sakini, 1992-ci il təvəllüdlü S.Həsənovun nəşi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kənddə yaylım atəşi ilə dəfn edilib.

Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə ” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhid S. Həsənov nişanlı idi.

ƏvvəlkiŞeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda keçirilən Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak edir
NövbətiQırğızıstan-Tacikistan sərhədində toqquşmada bir nəfər həlak olub