“Orion” kosmik gəmisi Yerə qayıdıb

“Artemis I” Ay missiyası çərçivəsində orbitə göndərilmiş “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdıb. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Orion” gəmisi San-Diyeqo yaxınlığında Sakit okeana enib.

NASA-nın ilkin məlumatına görə, gəmiyə heç bir ziyan dəyməyib.

Xatırladaq ki, NASA “Artemis” proqramının birinci mərhələsi çərçivəsində “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” ifrat ağır daşıyıcı raketi noyabrın 16-da orbitə buraxmışdı.