Dekabrın 11-də Azərbaycanda COVID-19 əleyhinə 252 doza vaksin vurulub

Dekabrın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 252 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 78, ikinci doza vaksinlərin sayı 43, üç və daha çox doza vaksinlərin sayı 107, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 925 min 954, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 955, ikinci mərhələ üzrə 4 milyon 874 min 717, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 52, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 230-dur.

Əvvəlki“Orion” kosmik gəmisi Yerə qayıdıb
NövbətiSon sutkada Azərbaycanda 68 nəfər COVID-19 infeksiyasına yoluxub