Son sutkada Azərbaycanda 68 nəfər COVID-19 infeksiyasına yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 68 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 824 min 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 min 511 nəfər müalicə olunaraq sağalıb, 9 min 986 nəfər vəfat edib. Aktiv xəstə sayı 373 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1475, bu günə qədər isə ümumilikdə 7 milyon 394 min 585 test icra olunub.

ƏvvəlkiDekabrın 11-də Azərbaycanda COVID-19 əleyhinə 252 doza vaksin vurulub
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib