“Ingenuity” helikopteri Marsda yeni əraziyə ilk uçuş edib

“Ingenuity” adlı helikopter Marsın səthində ilk dəfə yeni əraziyə uçuş edib.

“Report” xəbər verir ki, məlumatı Amerika Milli Kosmik Araşdırma Agentliyi (NASA) yayıb.

Bildirilib ki, uçuş ABŞ-ın şərq sahilindən başlayıb, 108 saniyə davam edib. Helikopter 10 metr hündürlüyə qalxıb,129 metr uçuş reallaşdırıb. Helikopter enişdən əvvəl fotoşəkillər çəkib. Bu, helikopterin Marsa 5-ci uçuşudur. “Ingenuity” əvvəlki 4 uçuşdan sonra start yerinə qayıdıb.

ƏvvəlkiTokio-2020: Yunan-Roma güləşçilərimizdən 2-ci lisenziya
NövbətiQubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub