Nikolay Kopernikin nadir nəşri hərraca çıxarılacaq

Nikolay Kopernik tədqiqatlarında müasirlərinin dünya quruluşu barədə fikirlərini şübhə altına alan planetin ən görkəmli alimlərindən biridir. Onun əsərlərinin az sayda nüsxəsi qalıb və bu səbəbdən də olduqca qiymətlidir.

Gələn ay Kopernikin “Göy sferalarının fırlanmaları haqqında” əlyazmasının nadir nüsxəsinin 2,5 milyon dollara satışı planlaşdırılır. Nəşr yenidən cildlənib, titul səhifəsində ilk sahiblərin adlarını görmək mümkündür.

Nikolay Kopernikin əsərlərinin ilk nəşrini gələn ay satmaq planlaşdırılır. Nəşrdə polşalı astronom Yer kürəsinin Günəş ətrafında fırlanmasını sübut edib.

Kitab ilk dəfə 1543-cü ildə “De revolutionibus orbium coelestium” adı altında dərc olunub, latınca tərcümədə “Göy sferalarının fırlanmaları haqqında” mənasında başa düşülür.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu əsər Qalileo Qaliley kimi gələcək tədqiqatçılara yol göstərib və astronomiyanın təkmilləşdirilməsinə kömək edib.

Günəş sisteminin alim tərəfindən yaradılan heliosentrizm modeli (Günəşi ətrafında hərəkət edən planetlərin mərkəzi hesab edən nəzəriyyə) Yerin hər şeyin mərkəzində yerləşdiyini təsdiqləyən katolik kilsənin doktrinası ilə ziddiyyət təşkil edirdi.

Dünyada Kopernikin əsərinin çap olunmuş 500 nüsxəsindən 277-si barədə məlumat var. Onların əksəriyyəti muzey, kitabxana və digər müəssisələrə məxsusdur. Yalnız bir neçə nüsxə şəxsi mülkiyyətdədir və onların satışına olduqca az hallarda rast gəlinir. Məsələn, 2008-ci ildə analoji nüsxə 2,2 milyon dollara satılıb.

Satışın təşkilatçıları təsdiqləyir ki, kitabın bu nüsxəsi unikal vəziyyətdədir. “Belə vəziyyətdə nüsxə tapmaq çox çətindir. Bu, tamamilə ideal surətdir”, – deyə “Sophia Rare Books” şirkətinin banisi Kristian Vesterqaard bildirib.

Bu şirkət nadir kitabların satışı ilə məşğuldur. Hazırda Albert Eynşteynin nisbilik nəzəriyyəsi haqqında ilk məqalələrini 22,5 min dollara və ya Çernobıl AES-də baş verən nüvə qəzasının nəticələrinin dəyərləndirilməsi barədə Mülki-müdafiə qərargahının general-leytenantı Nikolay Bondarçuk tərəfindən yazılan hesabatı 12,5 min dollara əldə etmək mümkündür.

Kopernikin əsərinə gəlincə, bu nüsxənin yeganə “çatışmazlığı” cildinin XVIII əsrdə gözəyarı dəyişdirilməsi hesab oluna bilər. Əlyazmada, həmçinin bir neçə annotasiya, o cümlədən titul səhifəsində cızma-qara yazılmış “Brugiere” və “Jacobi Du Roure” iki ad da var. Bu adları yalnız ultrabənövşəyi işıq altında görmək mümkündür.

ƏvvəlkiCanni İnfantino yenidən FIFA-nın prezidenti seçilib
NövbətiSabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır