Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9,599.5100 (8.94 faiz) manat və 9,649.3000 (7.79 faiz) manat olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41 milyon 460 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,615 (8.58 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,628 (8.26 faiz) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Notlar oktyabrın 19-da ödəniləcək.

Bu gün, həmçinin AMB-da 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac baş tutub. Hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,385 (9.35 faiz) manat və 9,439 (8.49 faiz) manat olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 38 milyon 70 min manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,407.3377 (9 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,413 (8.90 faiz) manat olaraq müəyyənləşdirilib.

ƏvvəlkiPrezident İlham Əliyev Zəngilan rayonuna səfər edib
NövbətiAzərbaycan XİN Pakistana başsağlığı verib