Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə nazir mətbuat konfransında bildirib.

“Hər zaman olduğu kimi, ilkin olaraq can Azərbaycandan kömək gəldi. Zəlzələnin ilk saatlarında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə yardım göndərilib. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mütəmadi olaraq mənimlə əlaqə saxlayır”, – Çavuşoğlu deyib.

Əvvəlki“Ziraat Bank Azərbaycan” Türkiyəyə yardım üçün köçürmələrlə bağlı məlumatlandırıcı videoçarx hazırlayıb
NövbətiHeydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırılıb