Türkiyə, Rusiya və İran XİN nümayəndə heyətləri arasında görüş başlayıb

Moskvada xarici işlər nazirlərinin görüşünə hazırlıq çərçivəsində Rusiya, Türkiyə və İran xarici işlər nazirliklərinin (XİN) nümayəndə heyətləri arasında görüş başlayıb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 3-4-də Moskvada Rusiya, İran, Türkiyə və Suriya xarici işlər nazirlərinin müavinləri arasında danışıqların planlaşdırıldığını təsdiqləmişdi.

ƏvvəlkiÇində dünyanın ən böyük tankeri inşa edilib
NövbətiMilli Məclis Fransa senatının qəbul etdiyi qərarlarla bağlı bəyanat qəbul edib