Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı ilə işıqlandırılıb

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əliyev Mərkəzinin binası Türkiyə Respublikasının Dövlət bayrağının rəngində işıqlandırılıb.

“Report” xəbər verir ki, Azərbaycan və Türkiyə xalqları arasındakı dostluğu, qardaşlığı və birliyi nümayiş etdirən videoproyeksiya bir neçə gün davam edəcək.

ƏvvəlkiMövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib
NövbətiTürkiyədə zəlzələ: 5434 nəfər həlak olub, 31 mindən çox insan yaralanıb