“Lombardlar haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Türk.az-ın məlumatına görə, layihə barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, sənəd ölkədə lombard fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır: “Odur ki, bu qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var. Sənəd lombard sahəsində mənfi halların çox olması nəzərə alınaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması məqsədi ilə, lombard istehlakçılarının hüquqlarının qorunması üçün hazırlanıb”.

Qanun layihəsi səsverməyə qoyularaq II oxunuşda qəbul edib.

ƏvvəlkiYeni yaradılmış ekoloji saytın təqdimat mərasimi keçirilib
NövbətiAğsuya yeni icra başçısı təyin edilib