Kaliforniyada güclü fırtına səbəbindən 180 minə yaxın ev işıqsız qalıb

ABŞ-ın Kaliforniya ştatında güclü fırtına nəticəsində 180 minə yaxın ev işıqsız qalıb.

Trend xəbər verir ki, bu barədə cümə axşamı “CNN” telekanalı məlumat yayıb.

Los-Anceles də daxil olmaqla bir çox şəhər daşqın ehtimalı barədə xəbərdarlıq edilib. Bu cür xəbərdarlıqlar ştat əhalisinin təxminən 90 faizinə edilib.

Saatda 136 km-ə çatan güclü külək San-Fransisko Beynəlxalq Hava Limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub. Həmçinin bildirilir ki, ştatın bəzi ərazilərində küləyin sürəti hətta saatda 209 km-ə çatıb.

Fırtına səbəbindən bir uşaq və 19 yaşlı qız dünyasını dəyişib.

ƏvvəlkiABŞ Konqresinin Nümayəndələr Palatası yeddinci səsvermədə yeni spiker seçə bilməyib
NövbətiTürkiyə, Suriya və Rusiya XİN başçıları tezliklə BƏƏ-də görüşə bilər