Böyük Britaniyada fırtına və güclü qar ciddi problemlər yaradıb

Böyük Britaniyada fırtına və qar ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, “Arven” qasırğasının səbəb olduğu güclü qar Krallığın bəzi bölgələrində həyatı iflic edib.

Cümə günü Yorkşayrda “Tan Hill Inn” adlı kluba gedən 61 müştəri güclü qar səbəbindən üç gündür oradan çıxa bilmir.

Güclü fırtına elektrik məftillərini qoparıb, yağan qar isə bir sıra yolların bağlanmasına səbəb olub.

ƏvvəlkiOperativ Qərargah “Omikron” ştamı ilə bağlı tapşırıqlar verib
NövbətiAzərbaycanda Yeni il şənliklərində karantin qaydalarına nəzarət gücləndiriləcək