ABŞ Konqresinin Nümayəndələr Palatası yeddinci səsvermədə yeni spiker seçə bilməyib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri səsvermənin yeddinci turu zamanı cümə axşamı keçirilən iclasda yeni spiker seçə bilməyiblər.

“Report” xəbər verir ki, səsvermə “C-SPAN” telekanalında canlı yayımlanıb.

Bildirilib ki, noyabrda keçirilən Konqres seçkilərində Respublikaçılar Partiyası aşağı palata üzərində nəzarəti ələ keçirib. Bununla belə, Nümayəndələr Palatasındakı respublikaçıların lideri Kevin Makkarti ABŞ dövlət iyerarxiyasında üçüncü ən mühüm olan spiker postuna seçilmək üçün lazım olan 218 səsi hələ də toplaya bilməyib.

Cümə axşamı günü keçirilən səsvermənin yeddinci turunda Makkarti 201 səs toplayıb. O, çərşənbə günü altıncı turun nəticələrinə görə eyni sayda səs toplayıb. Səkkizinci turun keçiriləcəyi gözlənilir.

Bu, 100 ildə ilk dəfədir ki, Nümayəndələr Palatasının sədrinin seçilməsi bir turla məhdudlaşmır. Bu, sonuncu dəfə 1923-cü ildə baş verib. O zaman spiker seçmək üçün doqquz tur səsvermə tələb olunmuşdu.

Spiker təyin olunana qədər Konqresin aşağı palatasının işi faktiki olaraq iflic olaraq qalır, çünki qanunvericilər and içərək tamhüquqlu qanunvericilik fəaliyyətinə keçə bilmirlər.

ƏvvəlkiAzərbaycanda COVID-19-a daha 66 yoluxma faktı qeydə alınıb
NövbətiKaliforniyada güclü fırtına səbəbindən 180 minə yaxın ev işıqsız qalıb