Türkiyə, Suriya və Rusiya XİN başçıları tezliklə BƏƏ-də görüşə bilər

Türkiyə, Suriya və Rusiya xarici işlər nazirlərinin görüşü yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində baş tuta bilər.

“Report” xəbər verir ki, bu barədə “RT Arabic” telekanalı Türkiyə mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Suriyadakı hakimiyyətin başçısı Bəşşar Əsəd yanvarın 4-də Dəməşqdə BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zeyd Əl-Nəhyan ilə görüş keçirib.

Qeyd edək ki, onun başçılıq etdiyi Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Suriyada səfərdə olub.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Ankaranın Dəməşqə iki ölkənin xarici işlər nazirlərinin yanvarın ikinci yarısında görüşünü təklif etdiyini bildirmişdi. O, danışıqların üçüncü ölkədə baş tuta biləcəyini vurğulamışdı.

ƏvvəlkiKaliforniyada güclü fırtına səbəbindən 180 minə yaxın ev işıqsız qalıb
NövbətiMobil rabitə operatorlarının gəlirləri açıqlanıb