Mobil rabitə operatorlarının gəlirləri açıqlanıb

Azərbaycanda mobil operatorların 2022-ci ilin yanvar-noyabr aylarında əldə etdiyi gəlir açıqlanıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 15,4 faiz artaraq 2433,7 milyon manat təşkil etmiş, xidmətlərin 73,3 faizi əhaliyə göstərilib.

Xidmətlərdən əldə edilən gəlirin 38,9 faizi və ya 947,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

ƏvvəlkiTürkiyə, Suriya və Rusiya XİN başçıları tezliklə BƏƏ-də görüşə bilər
NövbətiQərbi Azərbaycandan deportasiya olunanların siyahıya alınmasına 1988-1991-ci illərdə qaçqın düşənlərdən başlanılıb