Hərbi jurnalist Rəşad Süleymanov vəfat edib

Hərbi jurnalist, “AZERI DEFENCE” jurnalının və azeridefence.com saytının təsisçisi və baş redaktoru Rəşad Süleymanov vəfat edib.

“Report” xəbər verir ki, koronavirus infeksiyasına yoluxan jurnalist evdə müalicə alırmış.

O, ötən gecə həyatını itirib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitərən R.Süleymanov “525-ci qəzet”, “Həftə içi” qəzeti, APA informasiya agentliyi və digər media qurumlarında çalışıb.

2012-ci ildən dərc olunan hərbi sahəyə aid “AZERI DEFENCE” jurnalının təsisçisi və baş redaktoru idi.

Allah rəhmət eləsin!

ƏvvəlkiPutin Baydeni prezident seçilməsi münasibətilə təbrik edib
NövbətiAğcabədi xəstəxanasının direktoru həbs edildi