Putin Baydeni prezident seçilməsi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Cozef Baydeni ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

“Öz tərəfimdən sizinlə qarşılıqlı əlaqə və təmasa hazıram”, – V.Putin qeyd edib.

Xatırladaq ki, Cozef Bayden lazım olan 270 səs baryerini aşaraq prezidentlik yarışında qalibiyyətini rəsmiləşdirib.

Əvvəlki“Virtual məktəb”də şagird və müəllimləri vahid məkanda birləşdirən yenilik
NövbətiHərbi jurnalist Rəşad Süleymanov vəfat edib