Bu gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Mayın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 94 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 21, ikinci doza vaksinlərin sayı 50, üç və daha çox doza vaksinlərin sayı 22, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 600, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 131, ikinci mərhələ üzrə 4 milyon 883 min 024, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 247, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 198-dir.

ƏvvəlkiBu gün Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxub
NövbətiAzərbaycanın 11 vətəndaşı Suriyadan ölkəmizə repatriasiya olunub