Bu gün Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 16nəfər müalicə olunaraq sağalıb, testinin nəticəsi pozitiv çıxmış 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 706 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 351 nəfər müalicə olunaraq sağalıb, 10 min 270 nəfər vəfat edib. Aktiv xəstə sayı 89 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1015, bu günə qədər isə ümumilikdə 7 milyon 608 min 942 test icra olunub.

ƏvvəlkiCari ilin 4 ayında metrodan istifadə edənlərin sayı açıqlanıb
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb