Son 1 həftə ərzində koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son 1 həftə ərzində (24-30 iyul) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 24 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 1 olub.

İndiyədək ölkədə ümumilikdə 832 021 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 714 nəfər müalicə olunaraq sağalıb, hazırda 17 aktiv xəstə var. Bu günə qədər 10 290 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 7 661 376 test icra olunub.

Əvvəlkiİşğaldan azad olunmuş ərazilərdə daşınmaz əmlakla bağlı xidmətlər 50 % güzəştlə göstəriləcək
NövbətiBDU-nun 4 məzunu üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub