Elektron kredit platforması təqdim edilib

Sahibkarlar üçün elektron kredit platformasının təqdimatı olub. Bu gündən platforma sahibkarların ixtiyarına verilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkarlığın İnkişafı Fondunun idarə heyəti sədri vəzifəsinin icraçısı Samir Hümbətov iyunun 30-da keçirilən brifinqdə deyib.

“Bu platforma biznes kreditlərinin verilməsi üzrə ilk dəfə İqtisadiyyat Nazirliyində yaradılıb. Hazırda 15 bank bu platformaya qoşulub”, – deyə o qeyd edib.

Əvvəlki“Qeyri-hökumət təşkilatları haqqında” qanuna dəyişiklik edildi
NövbətiRusiyadan daha 225 Azərbaycan vətəndaşı Vətənə gətirilir