“Qeyri-hökumət təşkilatları haqqında” qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

“Report” xəbər verir ki, dəyişikliklə qanuna yeni 24-3-cü maddə ( Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.

Yeni maddəyə əsasən, Qeyri-Hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcəklər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Qeyd edək ki, parlamentin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilən digər qanunlara dəyişiklik layihəsi də eyni məzmunu daşıyır.

ƏvvəlkiMilli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası başladı
NövbətiElektron kredit platforması təqdim edilib