Rusiyadan daha 225 Azərbaycan vətəndaşı Vətənə gətirilir

Rusiya Federasiyasında olan daha 225Azərbaycan vətəndaşı ölkəyə gətirilir.

“Report”un Rusiya bürosu xəbər verir ki, həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycana keçirlər.

Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan Azərbaycana iyun ayının 23-də 250 nəfər azərbaycanlı gətirilib.

ƏvvəlkiElektron kredit platforması təqdim edilib
NövbətiMikayıl Cabbarov: Sumqayıt Kimya Sənaye Parkında yeni layihələrin icrasına başlanılacaq