Son 18 il ərzində 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb

Ötən 18 il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, 2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştlikredit verilib, 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

ƏvvəlkiMüdafiə naziri bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb edib
NövbətiƏlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar