Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub

Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Xocavəndə səfər çərçivəsində Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub.

Qərargahın üzvlərinə, həmçinin ərazidə aparılan arxeoloji tədqiqatlar barədə məlumat verilib.

ƏvvəlkiƏlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər
Növbətiİlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib