Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçılarına “Fruit Valley” MMC-nin və “Yard Agro” MMC-nin həyata keçirdikləri layihələr barədə məlumat verilib. Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.

ƏvvəlkiƏlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib
NövbətiXocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub