Dünyada koronavirusdan sağalanların sayı yarım milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 503 386 nəfərə çatıb.

“Report” xəbər verir ki, ən çox sağalma Çin (77 816), Almaniya (72 600) və İspaniyada (70 853) qeydə alınıb.

Hazırda dünyada pandemiya qurbanlarının sayı 130 000-i ötüb. Qeydə alınmış yoluxma hallarının sayı isə 2 035 000-dən çoxdur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

ƏvvəlkiÖlkədə 56 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 53 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır
Növbəti“Dərs vaxtı”nın 16 aprel cədvəli dərc edilib