Dünyada COVID-19-dan ölüm halları 61 faiz azalıb

Mayın 29-dan iyunun 25-dək dünyada bir milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 5,7 mindən çox insan isə dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Məlumata əsasən, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 61 faiz, yoluxmaların sayı isə 49 faiz azalıb.

ƏvvəlkiMasallıda polis işçilərinin peşə bayramı qeyd olunub
NövbətiTürkmənistan Prezidentinə TOGG avtomobili təqdim edilib