Ceyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşada baş tutan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər və gələcək addımlar müzakirə olunub:

“Hər zaman bir yerdə, bir millət iki dövlət”, – nazir tviterdəki səhifəsində yazıb.

Əvvəlki“Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitab-albomu Tbilisidə gənclərə təqdim edilib
NövbətiFransa parlamentinin aşağı palatası Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib