Fransa parlamentinin aşağı palatası Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib

Fransa Parlamentinin aşağı palatası – Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edib.

“Report” xəbər verir ki, qətnaməyə 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.

Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.

Qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasının üzvləri olan deputatlardır.

Qeyd edək ki, Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

ƏvvəlkiCeyhun Bayramov Polşada Mövlud Çavuşoğlu ilə görüşüb
NövbətiSon sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub