Bu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozaya yaxın vaksin vurulub

Martın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 30 min 871 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1769, ikinci doza vaksinlərin sayı 1675, üç və daha çox doza vaksinlərin sayı – 25 min 705, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1722.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 82 min 592, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 304 min 350, ikinci mərhələ üzrə 4 milyon 790 min 428, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 778 min 250, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 209 min 564-dür.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 570 yoluxma faktı qeydə alınıb
NövbətiUkraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib