Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirən növbəti çarter reysi Bakıya enib və 201 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

“Report” “Azərbaycan Hava Yolları”na (AZAL) istinadən xəbər verir.

Məlumata görə, AZAL-ın Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər, o cümlədən 18 körpə ölkəyə gətirilib.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 31 min dozaya yaxın vaksin vurulub
NövbətiMaya Sandu İlham Əliyevə zəng edib