Böyük Britaniyanın Baş naziri İcmalar Palatasının “Brexit”lə bağlı səsverməsini təxirə salıb

Böyük Britaniyanın Baş naziri Tereza Mey İcmalar Palatasının “Brexit”lə bağlı səsverməsini təxirə salıb. Baş nazir bildirib ki, Avropa Birliyi ilə əldə etdiyi razılaşma parlamentdə rədd edilə bilər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, buna səbəb kimi razılaşmanın Şimali İrlandiya ilə bağlı olan hissəsi göstərilib.

Tereza Mey söyləyib ki, 2 gün davam edəcək Avropa Birliyi liderlərinin sammitində bu məsələ ilə bağlı danışıqlar aparılacaq. Əgər Britaniya razılaşma olmadan birlikdən ayrılarsa, hökumətin ona görə də planı var.

Tereza Mey ikinci referendumun keçirilməsi ilə bağlı səsləndirilən fikrilərə qarşı gələrək deyib: “Əgər referendum fərqli nəticə ilə bitərsə o zaman 3-cü referendum tələb olunar”.