Azərbaycan gimnastı dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan milli komandasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

“Report”un məlumata görə, idmançı Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yerə layiq görülüb.

Qeyd edək ki, daha əvvəl Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə dünya çempionu olub.

Əvvəlki“Türk dövlətləri Milli Ağaclandırma Günü” ndə ölkə ərazisində 11 min 111 ağac əkilib
NövbətiNaxçıvanda Peşələr Festivalı keçirilib