“Barış bulağı” əməliyyatında məhv edilən terrorçu sayı 637-yə çatıb – YENİLƏNİB

Türkiyə ordusu Suriyada sərhəd boyu aparılan “Barış bulağı” əməliyyatı çərçivəsində 637 terrorçunu zərərsizləşdirib.

Türk.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yer alıb.

“Ümumilikdə 637 PKK və YPG terrorçusu Fəratın şərqinə doğru aparılan “Barış bulağı” əməliyyatı çərçivəsində məhv edilib”, – deyə məlumatda qeyd olunur.

***

Saat 00:33

Türkiyə ordusunun Suriyanın şimalında apardığı “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 611-ə çatıb.

Türk.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Buna qədər 595 terrorçunun zərərsizləşdirildiyi deyilirdi.

ƏvvəlkiErmənistan atəşkəs rejimini 22 dəfə pozub
NövbətiBakıda gənc oğlan döyülərək ağır xəsarət alıb