Bakıda gənc oğlan döyülərək ağır xəsarət alıb

Bakının T.Əliyarbəyov küçəsində döyülmə hadisəsi baş verib.

Türk.az xəbər verir ki, T.Əliyarbəyov küçəsində 2000-ci il təvəllüdlü Səlimov Savalan Həmid oğlu xuliqanlıq zəmnində döyülərək ağır xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.

Əvvəlki“Barış bulağı” əməliyyatında məhv edilən terrorçu sayı 637-yə çatıb – YENİLƏNİB
NövbətiNepalın Baş naziri Azərbaycana səfərə gələcək