Bakıda tatarların milli bayramı keçiriləcək

İyunun 18-də Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tatarların milli bayramı Sabantuy keçiriləcək.

“Report” xəbər verir ki, festivalda tematik ərazilərlə tanış olmaq mümkün olacaq: “Baursak evi”nin həyətində çay otağı kimi hazırlanmış fotozona təqdim ediləcək. Ziyarətçilər orada tatar şirniyyatları, çay, keramika məhsulları ala və “baursak” adlı desertin dadına baxa bilərlər.

“Milli müdriklik evi”ni ziyarət edənlər tatar ictimai xadimlərinə həsr olunmuş sərgi ekspozisiyası ilə tanış olacaq, həmçinin tematik ustad dərslərində iştirak edə biləcəklər.

Tədbirin proqramına həmçinin xalq sənətkarlığı yarmarkası və müxtəlif müsabiqələr daxildir.

Bayramın əsas səhnəsində isə Tatarıstan və Azərbaycan sənətkarlarının iştirakı ilə konsert keçiriləcək.

Tədbirə giriş pulsuzdur.

ƏvvəlkiMM taksi fəaliyyətinə dair yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklikləri ilk oxunuşda qəbul edib
NövbətiMilli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm konsert proqramı təqdim olunub