Bakı Nəqliyyat Agentliyi tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir

Bakı Nəqliyyat Agentliyi tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Rəşid Behbudov küçəsinin “28 May” və Dilarə Əliyeva küçələrinin kəsişmələrində yol nişanlanma işləri həyata keçirilib. Məqsəd yol kəsişmələrində nəqliyyat vasitələrinin tıxanmasının və yollarda nəqliyyat sıxlığının qarşısını almaq, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır.

Ötən il ərzində Bakı şəhərinin problemli 15 yol kəsişməsində “sarı kəsişmə toru” təşkil edilib. Ümumilikdə isə 74 yol kəsişməsində sarı torların təşkili nəzərdə tutulub. Bu axşam daha iki yolayrıcında – Puşkin küçəsinin Nizami və Xaqani küçələri ilə kəsişmələrində sarı kəsişmə torunun təşkili işləri icra ediləcək.

ƏvvəlkiPrezident İlham Əliyev “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub
NövbətiNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi UNESCAP-ın onlayn sessiyasında iştirak edib