Bakıda sərnişin avtobusu yol qəzasına uğrayıb

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Daşıyıcı şirkətdən verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

ƏvvəlkiXarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər
NövbətiCozef Bayden Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib