Sabah 33 müntəzəm marşrut xətti üzrə avtobuslar alternativ yolla hərəkət edəcək

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə yürüşü keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, 26.06.2022-ci il tarixində yürşün hərəkət trayektoriyası ilə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətlə əlaqədar 33 müntəzəm marşrut xətti üzrə (1, 2, 3, 4, 5, 6, 10, 14, 17, 18, 21, 30, 32, 33, 37, 39, 46, 49, 52, 53, 61, 65, 77, 79, 88, 96, 125, 127, 175, 205, 206, 88A və H1 nömrəli marşrular) avtobusların hərəkəti alternativ küçələrdən keçməklə təmin olunacaq.

ƏvvəlkiYunanıstan Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb
NövbətiFHN-in Mülki müdafiə qoşunlarında 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə görüş keçirilib