Yunanıstan Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb

Yunanıstanın Rusiyadakı viza mərkəzi Rusiya vətəndaşlarından viza üçün sənəd qəbulunu müvəqqəti dayandırıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının (ATOR) məlumatında deyilir.

Viza mərkəzində bunun sistemin yenilənməsi ilə əlaqəli texniki səbəblərdən qaynaqlandığı bildirilsə də, sənəd qəbulunun nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.

Bundan başqa, 2022-ci il iyunun 27-dən etibarən Yunanıstanın Moskva, Novorossiysk və Sankt-Peterburq şəhərlərindəki konsulluqlarının fəaliyyətinin dayandırılacağı bildirilir. Viza mərkəzləri isə vətəndaşlara məsləhət xidmətləri göstərməkdə və turistlərə pasportlar verməkdə davam edəcək.

ƏvvəlkiFüzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
NövbətiSabah 33 müntəzəm marşrut xətti üzrə avtobuslar alternativ yolla hərəkət edəcək