“Bəxtiyar” tamaşası yenidən Musiqili Teatrın səhnəsində

Yeni mövsümdə, sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi tərəfindən “Bəxtiyar” musiqili komediyası növbəti dəfə teatrsevərlərə təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında hazırlanan bu tamaşa teatrın baş rejissoru Cavid İmamverdiyev tərəfindən səhnələşdirilib.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizovadır.

Səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşında silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

ƏvvəlkiAzərbaycan və Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır
NövbətiMilli Məclis TürkPA-nın adının dəyişdirilməsi barədə sənədi ratifikasiya edəcək