“Azərpoçt” vətəndaşlara müraciət edib

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov vətəndaşlara poçt şöbələrində nağdsız əməliyyatların aparılması ilə bağlı müraciət edib.

Bu barədə AZƏRTAC MMC-yə istinadla xəbər verir.

“Azərpoçt” MMC artıq 2 ildir yenilənmə, şəffaflıq və inkişaf istiqamətləri üzrə müəyyən işlər görür. Ölkədə nağdsız əməliyyatlara dəstək, xüsusilə də “Azərpoçt”da poçt əməliyyatları zamanı maliyyə şəffaflığının təmin edilməsi məqsədilə artıq 700-dən çox poçt şöbəsi POS-terminalla təmin olunub. Ölkə üzrə bu rəqəm Bakı şəhərində yerləşən bütün poçt şöbələrini, regionlarda isə mərkəzi və şəhər tipli şöbələri əhatə edir. Bu barədə vətəndaşları bir daha məlumatlandırmaq və sizdən şöbələrimizdə poçt xidmətlərindən faydalanan zaman nağdsız əməliyyatlara üstünlük verməyinizi xahiş edirik.

Bu müraciət “Azərpoçt”da müştərilər və əməliyyatçılar arasındakı xidmət prosesi zamanı maliyyə şəffaflığının təmin olunması məqsədini daşıyır və bu məqsədə nail olmaq üçün vətəndaşların dəstəyinə ehtiyac var.

Şöbələrə yaxınlaşan zaman, sizə POS-terminal xidməti bu və ya digər səbəbdən təkllif olunmadığı halda, mütləq bizimlə təqdim olunan mobil nömrə vasitəsilə əlaqə saxlayaraq, şikayətinizi bildirməyinizi xahiş edirik”, – müraciətdə deyilir.

ƏvvəlkiHikmət Hacıyev: Qərbi Azərbaycan icmasının Ermənistanda öz yurdlarına qayıtmaq hüququ var
NövbətiXİN: Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub