Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 936 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 967 040 test aparılıb. Aktiv xəstə sayı 2 030 nəfərdir, onlardan 139 nəfər reanimasiyadadır, 12 nəfər isə süni tənəffüs aparatına qoşulub.

ƏvvəlkiTəhsil Nazirliyi: Sosial məsafənin gözlənilməsi məqsədilə əyani tədris zamanı siniflər qruplara bölünəcək
NövbətiAŞ PA-nın iclasında Livan ermənilərinin işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi məsələsi qaldırılıb