Azərbaycanda COVID-19 əleyhinə iki doza peyvənd vurduranların sayı 4 milyonu ötüb

Oktyabrın 6-da Azərbaycanda 45 min 948 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 min 19, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 min 929 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 841 min 520, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 837 min 342, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 4 min 178 nəfər təşkil edir.

ƏvvəlkiSon sutkada Azərbaycanda koronavirus infeksiyasından 1378 nəfər sağalıb
NövbətiBağdad Amreyev: Azərbaycanın tarixi Zəfəri nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm imkanlar yaradıb