Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib

İyunun 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

Yekunda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.

ƏvvəlkiAzərbaycanda elektron hökumət portalında yaranan problemin səbəbi açıqlanıb
NövbətiAzərbaycanın iki sərbəst güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub