Azərbaycanda elektron hökumət portalında yaranan problemin səbəbi açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən idarə edilən “e-gov.az” və “my.gov.az” portallarının fəaliyyətində problem yaranıb.

“Report”un əldə etdiyi məlumata görə, problem “AzInTelekom” MMC-nin sistemində yaranmış nasazlıqla bağlıdır.

Qurumdan bu faktı “Report”a təsdiq ediblər.

“AzInTelecom” MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşanır.

Yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər.

Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək.

“AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik”, -deyə açıqlamada bildirilir.

ƏvvəlkiAzərbaycan sərhədçiləri Ermənistanın təxribat törətdiyi postunu darmadağın edib
NövbətiAzərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib